Parlamentdə müəllimlər üçün ipoteka güzəştləri - Təklifi
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə orta məktəb müəllimlərinin sosial ipotekadan yararlana bilməsi üçün müvafiq qurumları addımlar atmağa çağırıb."Qafqazinfo" xəbər verir ki, Milli Məclisin payız sessiyasının bugünki iclasında millət vəkili Qənirə Paşayeva orta məktəb müəllimlərinin böyük bir hissəsinin sosial ipotekadan yararlana bilməməsinə xüsusi diqqət çəkərək bu məsələnin həllini xahiş edib. O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər:"Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı".Millət vəkili ildirib ki, dövlət başçısı İ.Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyyə və tapşırıqları insanlarımız arasında çox yüksək qiymətləndirilir və inanırıq ki, yaxın zamanlarda orta məktəb müəllimlərinin də hərbçilərimuiz, elm dalınca gedən insanlarımız və bəzi qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq.
Aysel