Sİyasət

“Parlamentdə baş verənlər ictimaiyyətə olduğu kimi təqdim olunmur” - Əflatun Amaşov

“Parlamentdə baş verənlər ictimaiyyətə olduğu kimi təqdim olunmur” - Əflatun Amaşov
Milli Məclis olduğu kimi ölkə ictimaiyyətinə təqdim olunmur.

Sfera.az
Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları kifayət qədər açıq və şəffaf keçirilir:

"Mən hələ bu vaxta qədər rastlaşmamışam ki, hansısa deputatın sözünü kimsə kəssin. Milli Məclisdə istənilən millət vəkili istədiyi problemi qaldıra bilir və hamı dinləyir, rəhbərlikdən heç bir etirazla qarşılanmır və deputatın sözü kəsilmir. Bütün bunlarla bağlı Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır”.

Ə.Amaşov vurğulayıb ki, istər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatdırılmır:

"Mən istərdim ki, Milli Məclislə Mətbuat Şurası arasında əməkdaşlıqdan istifadə edərək Azərbaycan mediası parlamentlə əlaqələri daha da möhkəmləndirməli və Milli Məclisin doğrudan da nəyə qadir olduğunu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.


 
AdRiver

XƏBƏR LENTİ