Parlament sədri bu gündən maaşsız işləyəcək

Parlament sədri bu gündən maaşsız işləyəcək
Krım Respublikası parlamentinin sədri Vladimir Konstantinov maaşsız işləyəcək. 

Sfera.az-ın Lent.az-a istinadla məlumatına görə, deputatlar tərəfindən təsdiqlənmiş sözügedən qətnamə bölgə Dövlət Şurasının saytında dərc edilib

"24 iyul 2021-ci ildən etibarən Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Andreeviç Konstantinovun səlahiyyətlərini peşəkar daimi əsasda həyata keçirmədiyi müəyyənləşdirilsin", - deyə qətnamədə bildirilir. 

Konstantinov siyasətə maddi cəhətdən özünü təsdiqləmiş bir insan kimi gəldiyini vurğulayıb.

"Krım və krımlıların rifahı naminə çalışmaq üçün vəzifə və maaşa ehtiyac yoxdur. Bunun üçün sadəcə Vətənini, Krımı, öz soydaşlarını bütün varlığınla sevməlisən. Buna görə heç bir mükafat ummağa dəyməz",- deyə o əlavə edib.

Konstantinov həmçinin 2010-cu ildən bəri maaşının Respublika Uşaq Klinik Xəstəxanasının hesabına köçürüldüyünü də qeyd edib.

Krım qanunvericiliyində Konstantinovun təmənnasız  işləmək hüququ öz əksini tapıb.

Bundan əvvəl Konstantinov Ukraynanı dövlətçiliyin çöküşündən və xarici nəzarətdən qurtarmağın yolunu təklif edib. O qeyd edib ki, bunun üçün beynəlxalq  platforma yaradılmalıdır.

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR