Parlament seçkilərində ilk dəfə iştirak edəcək Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir

Parlament seçkilərində ilk dəfə iştirak edəcək Könül Nurullayeva seçki  kampaniyasını aktiv şəkildə davam etdirir
 
24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Könül
Nurullayeva bir gün belə fasilə vermədən seçiciləri ilə görüşlərini davam etdirir. Gün ərzində öz
seçki dairəsi üzrə Rüstəmov 3, 5, 41, 43, 47, Nəsimi 32, 32a və Məhsəti 16/20 ünvanlarında
yerləşən binaların sakinləri ilə mənzillərdə görüşlər keçirilib. İnsanlarla geniş tərkibli görüş,
əhatəli söhbət və onları yaxından dinləmək üçün çoxsaylı xahişləri nəzərə alan Könül
Nurullayeva xüsusi ayrılmış qərargahda seçicilərini bir araya toplayıb. Bu işdə Nizami rayonunun
fəalları ona yardımçı olublar. Görüşdə vətəndaşlar onları düşündürən problemlərə toxunublar
və onların həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə ediblər. Könül Nurullayeva hər bir
halda danışılan məsələlərin həllinin daim diqqətdə saxlayacağına söz verib.
Axşam saatlarında isə bir qrup rayon ağsaqqalı ilə ayaqüstü toplantı keçirilib. Söhbət zamanı
ağsaqqallar onları narahat edən problemlərdən söz açıblar.
K.Nurullayeva onları diqqətlə dinləyib və məsələlərin həlli yolları müzakirə edilib. Könül xanımın
sözlərinə görə namizədliyini irəli sürəndə onu dəstəkləyən və inanan insanlara yaxın olmaq, öz
ailəsi kimi dəyər verib onları diqqət mərkəzində saxlamaq, dərdlərinə şərik olmaq yolunu seçib.
Namizəd bunu özünün müqəddəs borcu adlandırıb.
Könül Nurullayeva haqqında qısa məlumat
2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin
olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin
rəhbəri, "Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin
və "Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi
beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.
O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London
Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə
də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri
olub.
K.Nurullayeva "Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və
Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə
heyətinə rəhbərlik edib.
2013-cü ildə Avropa Olimpiya Komitəsinin "Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü
seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra
dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF)
İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.
Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin byaradılması
haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilir.
2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan "Qadın və İdmanda gender bərabərliyi” komitəsinə
rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi
Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.
Ailəlidir, 1 övladı var.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı
məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.
 



OXŞAR XƏBƏRLƏR