Parkomatlardan qanunsuz yığılan milyonlar: PUL KİMLƏRİN CİBİNƏ AXIR?

Parkomatlardan qanunsuz yığılan milyonlar: PUL KİMLƏRİN CİBİNƏ AXIR?
 

"30 dəqiqə saxlamağa görə giriş haqqı olaraq əlavə vəsaitin tələb edilməsi məntiqsizlikdir”


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda hava limanı, avtovağzal və dəmiryolu vağzalında girişə görə avtomobillərdən vəsait alınmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Onun sözlərinə görə, yalnız uzun müddət üçün bu ərazilərdə parkomat edənlərlə bağlı ayrıca tarif tətbiq olunmalıdır: "Bir çox ölkələrdə 30 dəqiqə ərzində parklanma etmək ümumiyyətlə pulsuzdur. Yalnız yarım saat dayandıqda parklanma yerlərində ödəniş edilməsinə ehtiyac yaranır. Həmin ödənişlər də əslində bələdiyyələr tərəfindən toplanılır və yığılan gəlir də həmin ərazilərdəki abadlıq işlərinə sərf edilir. Hava limanı, avtovağzal, dəmiryolu vağzallarına da eyni qayda tətbiq olunur. Ona görə də həmin ərazilərdə yarım saata görə ödəniş alınması qeyri-qanunidir, normal deyil. Yalnız uzun müddət üçün bu ərazilərdə parkomat edənlərlə bağlı ayrıca tarif tətbiq olunmalıdır. Ən azından yarım saatlıq koridorun qəbul edilməsilə bağlı qərar verilməlidir”.


Ekspert sözügedən ərazilərdə yığılan həmin vəsaitlərin hesabatlılığı məsələsində şəffaflığın olmadığını da diqqətə çatdırdı: "Azərbaycanda həmin vəsaitlərin kimlər tərəfindən, necə toplanması və onun hesabatlılığı haqqında doğru-dürüst məlumat almaq çətindir. Əvvələr parkomatlardan pul yığılması ilə BŞİH məşğul idi, sonra bu iş Başı Şəhər Nəqliyayt Departamentinə həvalə olundu. Amma hesabatlılıq məsələsində yenə də problem qalmaqdadır. Bu prosesdə nə qədər vəsaitin yığıldığı və hara xərcləndiyi barədə şəffaflıq təmin edilməlidir. Təəssüf ki, bu da yoxdur”.


Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsinin büdcəyə daxil olmamasından şikayətlənib. O həmçinin deyib ki, Azərbaycanda hava limanında, avtovağzalda giriş üçün vəsait ödənilir: "Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...