“Papanin”də metro stansiyasının inşası illərdir bitmir - SƏBƏB

“Papanin”də metro stansiyasının inşası illərdir bitmir - SƏBƏB
 
Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin” kimi tanınan ərazidə illərdir tikilməkdə olan metrostansiyanın inşası hələ də başa çatmayıb. Stansiyanın tikintisi səbəbindən ərazidə avtomobillərin hərəkətinə maneə yaranıb. Bu yol şəhərin əsas yollarından biridir, bu baxımdan həmin küçənin uzun zamandır bağlı saxlanılması problem yaradır. Bundan əlavə əraziyə yaxın yerdə  hərbi hospital yerləşir. Ekspertlər bildirirlər ki, hər hansı bir əsgəri yaralandığı, zədələndiyi, xəstələndiyi zaman bu hospitala gətirən maşın xeyli yol fırlanmalıdır. Bu isə təcili yardım üçün böyük maneə deməkdir.

Bəs metro stansiyasının tikintisi nə zaman yekunlaşır?

Bəxtiyar Məmmədov ile ilgili görsel sonucu
"Yeni Müsavat”a danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metro tikintisinin təmirdən  və digər  işlərdən fərqi var: "Tikintidə mərhələlər fərqli qaydada olur. Mart ayında açıqlama vermişdik ki, B-3(şərti ad) stansiyasına qədər olan tunellərə müasir qaydada yolun çəkilməsi başa çatmaq üzrədir. ”Memar Əcəmi" böyük stansiyası arasında yol infrastrukturunun qurulması işləri başa çatıb. Hazırda digər infrastrukturunun qurulması istiqamətində də mərhələli şəkildə iş gedir. Qeyd edim ki, Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, "Papanin” adlanan ərazidə tikintisi davam edən stansiyanın açılışı 2020-ci ilin sonları üçün nəzərdə tutulub. Əsas işlər başa çatdırılıb. Digər işlər də plan üzrə aparılır. Sadəcə olaraq Bakının torpağı elədir ki, konkret açılış tarixi söyləmək olmur. Ona görə də biz 2020-ci ilin sonunu nəzərdə tutmuşuq".

Rəsmi məlumata görə, stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq.

Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu var. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə stansiya sayının 76-ya, elektrik deposunun isə 6-ya çatdırılması nəzərdə tutulub. Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə "İçərişəhər” stansiyasından sonra 4, "Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub. Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

“Papanin”də metro stansiyasının inşası ile ilgili görsel sonucu
Perspektiv inkişaf planına uyğun olaraq, "28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub. Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocahəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin "Avtovağzal” və "Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocahəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.

Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək. Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbayel rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

Bakının torpağı metro çəkilişləri üçün niyə çətindir?

Əzim Məsimov ile ilgili görsel sonucu
"Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirib ki, Bakının üstü nə qədər qəlizdirsə, altı da bir o qədər mürəkkəbdir: "Bura yarımadadır və ona görə də yeraltı su axınları mövcuddur. Elə yer var ki, həmin ərazidə yeraltı su axınları sürətlidir. Elə yer də var ki, əksinədir. Metro tikintisində də belə problemlər ortaya çıxır. Ona görə də texnologiyalar tətbiq edilir, su axınları dondurulur. Yalnız bundan sonra işlər görülür. Vaxtilə ”Nizami "stansiyasının da açılışı ərəfəsində ”Qanlı göl"dən su axını gələrək, tunelə dolmuşdu. Bu səbəbdən açılış 2 ilə qədər yubadıldı. Burada da elə proseslər ola bilər. Ancaq texnologiyalar da var ki, onlarla bütün bunların qarşısını almaq mümkündür. Texnologiya imkan verir ki, mühəndis tədbirləri nəticəsində bu işləri qaydasında aparasan. Metro tikintisi hələ ki, ləng gedir. Bunun da səbəbi yəqin ki, geoloji vəziyyətin çətinliyi ilə bağlıdır. Düşünmürəm ki, orada qeyri-peşəkar işlər aparılır. Məncə peşəkar olmayan insanlar panel, metro işlərində işləyə bilməzlər. Ona görə də düşünürəm ki, onların peşəkarlığı yüksək səviyyədədir. Ola bilər ki, texniki məsələlərin həlli çox vaxt tələb edir. Buna görə də stansiyaların tikilməsi vaxtı uzadılır. Hökumətin metro tikintisi ilə bağlı proqramı vardı və işlər də sürətlənmişdi. Ancaq sonrada bu işlər zəiflədi. Fransızlar və eləcə də başqa xarici ölkə şirkətləri Bakıda metro tikintisinə maraq göstərirdilər. İndi bu cür işləri aparan çox sürətli aqreqatlar var. Məsələn, Moskvada bu işləri çox sürətlə aparırlar. Orada görünür ki, torpaq, qum şəraiti daha əlverişlidir. Bakıda doğrudan da geoloji vəziyyət çox mürəkkəbdir. Buna uyğun olaraq da texnologiya tətbiq edilir".

OXŞAR XƏBƏRLƏR