“Panikaya düşməyə heç bir əsas yoxdur” – Deputat hamını vaksinasiyaya çağırdı

“Panikaya düşməyə heç bir əsas yoxdur” – Deputat hamını vaksinasiyaya çağırdı
"Koronavirus peyvəndinə qarşı qorxu təkcə Azərbaycanda yox, bütün dünyada var. Lakin buna əsas yoxdur”.

Bunu Sfera.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı bildirib. Milli Məclisin Səhiyyə komitəsinin üzvü vaksinasiyaya qarşı panikanın yaranmasının səbəbləri barədə danışıb:


"Bütün dünyada koronavirus əleyhinə peyvəndləmə üçün mitinqlərin keçirildiyinin şahidi oluruq. Yəni, vaksinasiyaya qarşı narazılıq təkcə Azərbaycanda deyil, bütün dünyada var. Hətta Çində bir qrup insanı peyvəndləmə üçün döyə-döyə xəstəxanaya apardılar. Bütün dünyada bu qorxunun formalaşmasına səbəb koronavirusun yarandığı ilk günlərdən xəstəliyə qarşı ciddi təxribat xarakterli məlumatların paylaşılması və bu kimi digər faktorlar oldu. Koronavirusun qısa müddətdə tez yayılması da insanları panikaya salıb. Bu da indi vaksinlərə qarşı inamsızlıq yaradır”.

Deputat 90-cı illərin əvvəllərindən xatırlatma edərək məhz bir çox xəstəliklərin qarşısının peyvəndləmə vasitəsilə alındığını qeyd edib:

"Mən vaxtı ilə uşaq həkimi olanda qızılca, uşaq iflicinə qarşı peyvənd vurmuşam. Bu və digər xəstəliklərin sürətli yayılmasının qarşısı məhz peyvəndləmə ilə alındı. 90-cı illərin əvvəllərində gündə yüzlərlə insan malyariya xəstəliyindən ölürdü. Onda vəziyyət çox ağır idi. İnsanlar xəstəlikdən qurtarmaq üçün könüllü şəkildə və kütləvi halda peyvənd olunmaq üçün müraciət edirdi. Vaksinasiyadan sonra  malyariya və o dövr yayılan bir çox xəstəliklərin qarşısı alındı”.

M.İbrahimqızı Çindən gətirilən peyvəndlərin Avropanın bəzi ölkələrinin təqdim etdiyi peyvəndlərdən daha etibarlı olduğuna diqqət çəkib:

"Çinin təqdim etdiyi vaksin koronavirusun zəiflədilmiş halıdır. Onun insan bədəninə tətbiq edilməsi orqanizmdə anticisimlər yaradır. Avropada təqdim edilən vaksinlərdənsə Çinin təqdim etdiyi vaksin daha keyfiyyətlidir. Düzdür, indi insanlar Çinin adı gələndə qorxur, məhsulun keyfiyyətsiz olduğunu düşünür. Amma unutmaq olmaz ki, bütün brendlər, keyfiyyətli məhsullar məhz Çinə məxsusdur. Bu baxımdan Çindən gətirilən peyvəndə güvənmək olar. Mən özüm də könüllü şəkildə müraciət edib, peyvənd olunacam. İnsanları panikaya düşməməyə və peyvənd olunmağa çağırıram”.

Sfera.az
Əzizə Zeynal

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...