Pandemiya demoqrafik göstəriciləri pisləşdirir; Doğum azalır, ölüm artır

Pandemiya demoqrafik göstəriciləri pisləşdirir; Doğum azalır, ölüm artır

Ölkəmizdə mart ayından sərt karantin rejiminin tətbiq edilməsi iqtisadi həyatla bərabər sosial həyata da mənfi təsir göstərib. Son 6 ayın statistikasına əsasən, mühüm sosial-iqtisadi göstəricilərdən olan demoqrafik vəziyyətdə pisləşmə baş versə də mövcud şərtlər əhalinin təbii artımının qarşısını ala bilməyib. Amma buna baxmayaraq təbii artım dinamikasının zəifləməkdə olduğu aşkar görünür.


Sfera.az xəbər verir ki, rəsmi statistikaya əsasən, ölkә әhalisinin sayı ilin әvvәlindәn 33 min 514 nәfәr vә ya 0,3 faiz artıb. 2020-ci il avqust ayının 1-i vәziyyәtinә əhalinin sayı 1 milyon 100 min 622 nәfәrә çatıb. Әhalinin ümumi sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini qadınlar tәşkil edir. Bir kvadrat kilometrә düşәn әhalinin sayı 117 nәfәr olub.

 

Təbii artım baş versə də artımın sürətində azalma aşkar görünür. Ötən ilin avqustun 1-nə olan məlumata əsasən, təbii artım 46 min 214 nəfər təşkil etmişdi. Bu il təbii artımda 13 min 250 nəfər azalma baş verib. Hər 1000 nəfərə düşən göstərici əsasında müqayisə apardıqda ötən il təbii artım 8,1 nəfər olduğu halda, bu il 5,7 nəfər olub. Ölkəmizdə təbii artım sürətində 29,6 faiz azalma baş verib.

 

Təbii artım sürətinin azalması doğulanların sayının azalması və ölənlərin sayının artması ilə bağlıdır. Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70 min 390 doğulan körpә qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәm doğulanlardır.

 

Cari ilin 7 ayında ölkәdә 37 min 426 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.


Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə görürük ki, doğulanların sayında 9 min 471 nəfər azalma baş verib. Hər min nəfərə ötən il 13,9 olan doğum göstərici bu il 12,1-ə enib. Doğumda 12,9 faiz azalma var.

 

Ölüm nisbətində də artım müşahidə edilir. Ötən il 33 min 647 ölüm qeydə alınıb ki, bu da cari illə müqayisədə 3 min 779 nəfər çoxdur. Hər 1000 nəfərə düşən nisbətlə ötən il 5,8 nəfər dünyasını dəyişdiyi halda bu il 6,4 nəfər dünyasını dəyişib. Son bir ildə ölüm sayı 10,3 faiz artıb.

 

Doğumun azalmasının əsas səbəbi nikahların sayının azalmasıdır. 2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20 min 611 nikah vә 8285 boşanma halları qeydә alınıb. Əhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.


Nikahların sayının azalması şadlıq evlərinin fəaliyyətinə qoyulan qadağa ilə izah etmək olar. Ailə həyatı qurmaq istəyənlər toy şənliklərini təşkil edə bilmədiyindən nikaha daxil olmağı təxirə salır.

 

Ölüm sayının artmasını həkimlər 2 arqumentlə əlaqələndirir. Birinci əsas arqument kimi koronavirus göstərilir. Virusun təsirindən rəsmi statistikadan kənar daha çox insanın öldüyü güman edilir.

 

Eyni zamanda karantinin sərtləşdirilməsi insanların aktiv həyatını məhdudlaşdırıb. Aktiv həyatın məhdudlaşması insanların sağlamlığına mənfi təsir edib ki, bu da ölüm hallarının sayını artırıb.

 

Təbii artım göstəricilərinin zəifləsə də əmək bazarı üçün önəmli olan miqrasiya göstəricilərində müsbət dəyişiklik müşahidə edilib. Bu il miqrasiya göstəricilərinin müsbət olduğu bildirilir. İlin yanvar-iyul ayları әrzindә Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin müvafiq qurumları tәrәfindәn daimi yaşamaq üçün Azәrbaycana 947 nәfәr gәlәn, Azәrbaycandan isә 397 nәfәr gedәn qeydә alınaraq, miqrasiya saldosu müsbәt 550 nәfәr tәşkil edib.

 

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...