Pakistandan Bakıya birbaşa uçuşlar başlayır
22:58 / 05.03.2021
1660
Pakistan Beynəlxalq Hava Yolları Bakıya birbaşa uçuşlara başlayır.
Sfera.az xəbər verir ki, bu barədə şirkətin tvitter hesabında paylaşım edilib.
Bildirilib ki, uçuşlar martın 14-dən start götürəcək.
Paylaşımda Bakı biznes və turizm üçün ən uyğun yerlərdən biri kimi dəyərləndirilib.