Pakistanda 5 ulduzlu hotelə silahlı basqın
Dünya
18:20 / 11.05.2019
5829
Pakistanın Qvadar şəhərində terrorçuların hotelə basqını təşkil edilib.
Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 5 ulduzlu "Peal Continental Hotel"də silah səsləri eşidilir. İlkin məlumata görə, binaya 3-4 terrorçu daxil olub. Hoteldə təxminən 70 nəfər var.
Hadisənin detalları barədə hələlik məlumat yoxdur.