Pakistan Hindistandan şikayət edəcək

Pakistan Hindistandan şikayət edəcək
Pakistan hökuməti BMT-yə Hindistandan şikayət etmək niyyətindədir.

Sfera.az "Reuters”ə istinadən xəbər verir ki, şikayət bu günlərdə Pakistanın Balakot şəhəri yaxınlığında Hindistan döyüş təyyarələrinin endirdiyi hava zərbələri zamanı törədilmiş "ekoloji terror” ittihamı ilə bağlı olacaq.

"Burada ekoloji terror əməli baş verib. Ətraf mühitə ciddi ziyan vurulub”, - Pakistan Baş nazirinin iqlim dəyişikliyinə dair müşaviri Malik Əmin Əslam deyib.

O, Hindistan təyyarələrinin meşə qoruğunu bombaladığını, bununla bağlı BMT-yə şikayət vermək üçün hazırda təbiətə dəyən ziyanla bağlı araşdırma apardıqlarını bildirib.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 47/37 nömrəli qətnaməsində ətraf mühitin hərbi zərurət əsaslandırmadan, məqsədsiz məhv edilməsi beynəlxalq hüquqa zidd kimi göstərilir.


OXŞAR XƏBƏRLƏR

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...