Pakistan-Əfqanıstan sərhədində zəlzələ oldu

Pakistan-Əfqanıstan sərhədində zəlzələ oldu

Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

 Sfera.az trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. 


OXŞAR XƏBƏRLƏR