Ağcabədi şefi gedir- Faktlar

Ağcabədi şefi gedir- Faktlar

 Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov istefaya göndərilir

Politika.Az-ın əldə etdiyi məlumata görə,
 Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin icra başçılarını toplayıb keçirdiyi müşavirə buna səbəb olub. 

PA rəhbərinin iclasında Ş.Məmmədova xəbərdarlıq edilib. PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. 

R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib.

Əldə etdiyimiz xəbərə görə, Ağcabədi icra başçısı həmin toplantıdan sonra vəzifəsi ilə vidalaşa bilər. İddialara görə, Ş.Məmmədov haqda müxtəlif şikayət və kompromatlar PA-ya göndərilib.

Üstəgəl, onun rayondakı talançılığı, büdcə pullarını mənimsəməsi, biznes şəbəkəsi qovluğa tikilib. İcra başçısının dotasiyasının da kəsildiyi deyilir. Mənbə iddia edir ki, Ağcabədiyə yeni rayon rəhəri təyin olunacağı gözlənilir. 

Politika.Az-ın media üzərindən əldə etdiyi məlumata görə, Şahin Məmmədov Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatını dəyişdirərək camaatdan alıb hansısa şirkətə satıb. 

Ş.Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonunun Kəbirli kəndindən də 2800 hektar torpaq satıb.

Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti abadlıq üçün ayırdığı pulları mənimsəmişdir. Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezident tərəfindən milyonlarla ayrılmış pulları mənimsəmişdir.

2013-cü ildə Ağcabədi rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilmiş və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirmişdir. 

Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib. 

Politika.Az-ın media üzərindən əldə etdiyi məlumata görə, onun eyni zamanda Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri var. Şahin Məmmədov 10 ildə heç bir iş görməmiş və bütün İdarə və müəssisələrin hesabında olan vəsaiti mənimsəyib.

Xahiş edirəm Ağcabədi rayonuna tikinti və abadlıq işləri üçün Möhtərəm cənab Prezidentimiz tərəfindən ayrılan vəsaitin hara və necə xərclənməsi yerində yoxlanılsın. Həmin pulların Şahin Məmmədov tərəfindən mənimsənildiyi o zaman məlum olacaq.

Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km su kəməri çəkilib. Şahin Məmmədov artezian quyularını yaxında çobanlara satmış və 16 km çuqun turba çıxartdıraraq 1 milyon manata satıb. 

Hüsülü Qiyamaddınlı yolunun təmirinə 5 milyon manat pul ayrılmış, həmin iş Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldüyü halda sözügedən yolun tikintisi Şahin Məmmədovun özünə məxsus olan "Fərid MMC"-nin  adına sənədləşdirilərək pullar mənimsənilib. 

25 yanvar 2016-cı il tarixdə mia.az saytında parlamentdən ciddi tapşırıq: İcra başçıları ciddi təftiş olunacaq başlığı altında Hesablama Palatasının Ağcabədidə büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı açıqladığı hesabatında açıq göstərilib. 

Ağcabədinin gəliri 8 milyon 375 min olduğu halda icra başçısı rayona 24 milyon 855 min 832 manat guya vəsait xərclənməsi haqda sənəd təqdim etdirib. Arada qalan təxmini 16 milyonu isə büdcədən dotasiya alıb.

DİGƏR XƏBƏRLƏR