PA-nın yeni şöbə müdiri kimdir?

PA-nın yeni şöbə müdiri kimdir?
 Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Etibar Nəcəfovun Administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilməsi haqda sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Etibar Nəcəfov bu təyinatadək də Prezident Administrasiyasında çalışıb.

O, Administrasiyada millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi vəzifəsini tutub.

Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 

1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin il Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olunub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına "Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub. 

8 dekabr 1988-ci ildə "Elmi-texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 27 fevral 2004-cü ildə "Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 

1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib. Hazırda Bakı Slavyan Universitetində Avropaşünaslıq kafedrasının professoru və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri vəzifəsində işləyir. 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyində çalışıb.

70-dən artıq elmi məqalənin, dörd monoqrafiyanın və bir dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Hollandiya, Qazaxstan, Gürcüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 

2002-2005- ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində dərs deyib. Tədris və tədqiqat sahəsinə aid ABŞ-ın və bir neçə Avropa ölkələrinin təsis etdiyi qrantlara layiq görülüb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...