Oynaq ağrılarının qarşısının alınmasının ən yaxşı məlhəmi...

Oynaq ağrılarının qarşısının alınmasının ən yaxşı məlhəmi...

Tez-tez işlənən bir ifadə var: "Hər kəs özünün həkimi olmalıdır". Əslində bunu hər kəsin özünə resept yazması və özünə iynə vurması kimi başa düşmək lazım deyil. Söhbət hər kəsin öz sağlamlığının keşiyində durmasından, nəyin ona düşərli və nəyin zərərli olduğunu anlamasından gedir.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, uzun illərin təcrübəsi göstərir ki, xəstəliklər əsasən beş səbəbdən - genetika, soyuqdəymə, infeksiya, qeyri-düzgün həyat tərzi və stresslərdən əmələ gəlir. Əslində sağlam həyat tərzinin tələblərinə əməl etmək o qədər də çətin deyil: yağlı-duzlu qidalardan uzaq olmaq, çox yeməmək, meyvə və tərəvəzlərdən gen-bol istifadə, çoxlu fiziki hərəkətlər etmək, vaxtında və normal yatmaq...

Bir sıra hallarda xəstələr xalq təbabəti və qeyri-ənənəvi üsullardan xəbərsiz olduqlarına görə cərrah bıçağı altına düşür və müasir təbabətin elə metodlarından istifadə etmək məcburiyyətində qalırlar ki, həyata qayıtmaq, şəfa tapmaq mümkün olsa da, onun heç də ziyansız ötüşəcəyinə təminat vermək olmur. Həm də elə xəstəliklər və onlardan qurtulmağın elə sadə üsulları var ki, ya ondan xəbərsizik, ya da ona əməl etmək ağla gəlmir. Məsələn, ayaqlarında göbələk xəstəliyi olanların çoxu səhər tezdən şehli çəmənlikdə gəzməklə xəstəlikdən birdəfəlik yaxa qurtarmağın mümkünlüyünü bilmirlər. Babasil xəstəliyindən xilas olmaq üçün qədim təbiblər bir sıra üsullardan istifadə edirdilər. Onlardan biri də çilədağın kökünü yığıb əzdikdən sonra onu qoyun quyruğu ilə birlikdə ağrılı nahiyəyə qoymaqdan ibarətdir. Bir neçə dəfə həmin prosedura əməl edəndən sonra babasildən əsər-əlamət qalmır. Yaxud gülxətmi dəmləyib içməyin orqanizmdə, xüsusilə baş, boğaz və burun nahiyələrində olan çirki təmizlədiyindən heç də hamı xəbərdar deyil. Qədim təbabət biliciləri söyləyirlər ki, oynaq ağrılarının qarşısının alınmasının ən yaxşı məlhəmi təzə çinar yarpaqlarının ağrılı nahiyəyə qoyulmasıdır.

 

Sağlam həyat tərzi yaşamaq, normal və düzgün qidalanmaq, təbii üsullara üstünlük vermək insan həyatını cərrah bıçağından asılı vəziyyətə salmır. Təəssüf ki, bəzən xəstəxana çarpayısına gedib çıxanda, son ümidi skalpelə bağlayanda isə artıq gec olur.

"Hər dərdin dərmanı var," - deyirlər. Özü də təkcə xəstəxana və klinikalarda, həkim əllərində, iynə və kimyəvi dərmanlarda yox...


OXŞAR XƏBƏRLƏR

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz...

Şəhərin simvolu sayılırdı: Danimarkada dünyanın ən qədim birjası yandı

Kopenhagenin mərkəzində baş verən yanğın şəhərin simvolunu məhv edib.   Sfera.az bildirir ki, 400 illik tarixə malik Danimarka Ticarət Palatasının ta...

Baydenin 1 illik qazancı bəlli oldu

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatlar Ağ Evin saytında dərc olunan...

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Bir İT şirkəti üçün 25 il nəhəng təcrübənin yeni zirvələri fəth etməyə imkan verdiyi, enerji və yaradıcılıqla birləşdiyi bir mərhələdir. "ULTRA Technologie...

BVF-dən dünya iqtisadiyyatı ilə bağlı proqnoz

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...