“Çox qızla münasibətdə olmamışam” — Dadodan SEVGİ ETİRAFI + VİDEO
22:11 / 14.01.2019
3366
ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı reper Dado (Səid Əliyev) olub.
Sfera.az milli.az-a istinadən bildirir ki, reper boşanma xəbərləri ilə bağlı bezginliyini dilə gətirib:
"Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişir? Biz niyə bir-birmizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma az faizi ortada söz gəzdirirlər".
Dado, eyni zamanda, həyat yoldaşı, müğənni Natavan Həbibidən də ağız dolusu danışıb:
"Natavan mərd, kişi kimi qızıdır. Mən qızlarla çox münasibətdə olmamışam. Mənim ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm".