Çox medal qazananlara mükafat necə veriləcək - Nazirdən açıqlama

Çox medal qazananlara mükafat necə veriləcək - Nazirdən açıqlama

"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlarları qazandıqları medal sayına uyğun ödəniləcək.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil: "Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".

Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı ödəniləcək. Bundan başqa, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...