Çovdarov məhkəmədə üzünə duran dostunu təhqir etdi

Çovdarov məhkəmədə üzünə duran dostunu təhqir etdi

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Sfera.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında təqsirləndirilən Akif Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.
Keçmiş Binəqədi bələdiyyəsinin sədri  həm də bu işdə zərərçəkmiş olan Elman Salmanov ifadəsinə əlavələr edib.  O bildirib ki, İlham Çovdarovun adından 150 min manatdan əlavə olaraq 16 min də alıb: "İlham Xəlilov dedi ki, Novxanıda Akif Çovdarova tikilən bağ evinin birinci mərtəbəsini o tikdirməlidir. Məndən bu adla 16 min manat də aldı. Torpaq, qum, sement aldı.  Çovdarov həbs ediləndən sonra İlhama dedim ki, pulumu geri al. İlham onda dedi, gəl Çovdarovun əleyhinə ifadə verək. Hətta İlham üstümə düşdü ki, o deyibsə, mən də onu deyim. Hətta 10 sot topaq söz verdi, pul təklif elədi, mən razılaşmadım".
Vəkil Sadiq Rəsulov bildirib ki, məhkəmədə İlham Xəlilovun yalan danışdığı məlum oldu. Hakim də İlham Xəlilovun iddialarının əsassız olduğunu anlayıb.
Məhkəmədə şahid qismində Çovdarovun qohumu Natiq Hümbətov ifadə verib. O qeyd edib ki, İlham Xəlilov Çovdarov həbs ediləndən sonra ona müraciət edərərək görüşmək istəyib: "Görüşdük. İlhamı ümumiyyətlə Akifin yaxın dostu kimi tanımışam. İlhamı iki dəfə Akif müəllimin evində məclis olanda görmüşəm. Akif müəllim İlhamı masanın başında əyləşdirirdi. Akif Çovdarov həbs ediləndə İlham gəlib dedi ki, onun Akif Çovdarova borcu olub, amma rəsmi sənəddə mənim adıma yazılıb. Guya İlhamın mənə 60 min borcu var. Notariusdan ona sənəd verməyimi istədi. Razılaşmadım. Dedim, bu cür sənəddən mənim xəbərim yoxdur. Dedi, əgər sənin ele bir tələbin yoxdursa, nədən çəkinirsən, yaz ver?! Mən də yazdım verdim. Yenə deyirəm, mən onu Akifin dostu kimi tanımışam. Bilsəydim, bu belə edəcək, yazmazdım".
Vəkillər bildirib ki, hakim Həbib Həsənov məhkəməyə daxil olan arayışı elan edib. Arayışda İlham Xəlilovun Natiq Hümbətova borc müqaviləsi olmayıb.
Daha sonra prosesdə Çovdarovun kürəkəni  Rövşən Qasımov dindirilib. O bildirib ki,  İlham Xəlilovu Çovdarovun dostu kimi tanıyıb: "Mənə  torpaq lazım idi. İlhama müraciət elədim. Bu məsələdən Akif Çovdarovun heç xəbəri yoxuydu. 6 sot torpaq göstərdi. Xoşuma gəlmədi. Atamgilə ev tikəcəkdim. Torpaqda yaşıllığın olduğunu gördük. Orada tikinti aparmaq mümkün deyildi. Həm də sənədlərində problem vardı. İlham sənədi verdi mənə, qaldı elə evdə. Çovdarov tutulandan sonra mənə zəng elədi ki,  Biləcəri bələdiyyəsində də yoxlamalar başlayıb. Mən də sənədləri geri qaytardım. Əgr torpaq mənim adıma olsa idi, qaytarmazdım.
Çovdarovun vəkilləri bildirib ki, Rövşən Qasımovun adına çıxarış olmayıb.
Prosesdə qısa çıxış edən Akif Çovdarov isə prokurora narazılıq edib. O bildirib ki, İlham Xəlilov kimi yalan danışanları zərərçəkmiş şəxs siyahısına salıblar: "Belə şərəfsizləri generalların üzünə durquzmaq olmaz"
Proses nahar fasiləsindən sonra davam edəcək.


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...