Ov mövsümü açıq elan edildi

Ov mövsümü açıq elan edildi
Azərbaycan ərazisində iyunun 1-dən 2019-2020-ci illərin ov mövsümü açıq elan edilib. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov Lent.az -a bildirib.

Onun sözlərinə görə, hər il ov mövsümü may ayının sonu - iyunun əvvəli açıq elan edilir. O bildirib ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür: "Vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar".

F.Məmmədov deyib ki, ov mövsümünün başlanması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən müzakirə edilib və qərar verilib.

Nazirliyin rəsmisinin dediyinə görə, Dağıstan turu 1 iyun – 12 oktyabr, Qaban (Çöldonuzu) 14 sentyabr – 21 dekabr, dovşan 16 noyabr – 11 yanvar, Bataqlıq qunduzu (nutriya) - 05 oktyabr- 15 fevral, Cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) - 14 sentyabr – 23 noyabr, Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) - 12 oktyabr – 07 mart, ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) -12 oktyabr – 07 mart, Qaşqaldaq 12 oktyabr – 07 mart, Alabaxta və bildirçin 24 avqust - 16 noyabr tarixlərində ovlana bilər.

Ov üçün icazə Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə alınır. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir: "Ola bilər ki, ovçuluğa yeni başlayanlar bəzi qaydaları və tələbləri bilməsin. Lakin hesab edirəm ki, təcrübəli ovçuların böyük əksəriyyəti qaydalardan xəbərdardır. Hər il ov mövsümünün başlanğıcında biz ictimaiyyətə KİV və sosial şəbəkələr vasitəsilə maarifləndirici məlumatlar veririk. Ovla məşğul olan şəxs ilk növbədə ov üçün icazə bileti almalı, ov üçün icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Bu qaydalar və tələblər yerinə yetirilsə, kimsə cərimələnməz. Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, Dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər. Bununla bağlı daha ətraflı məlumatı Nazirliyin saytının elanlar bölməsindən əldə etmək olar".

Qurum rəsmisi ov etmyin qadağan olunduğu əraziləri də açıqlayıb: "Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz. Ov turizmi ilə məşğul olanlara bir daha müraciət edirik ki, ov qaydalarına dəqiq əməl etsinlər, odlu silahla ehtiyatlı davransınlar”.

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...