\"Oğullarımın atasını tapmağıma peşman oldum\" - Roza

\
"Uşağı acından öldürməmək, mitildə qalmamaq üçün iki uşağa 1000 manat lazımdır".

Bu sözləri müğənni Roza Zərgərli "Bizimləsən" verilişində deyib. Sənətçinin dediyi sözlərlə proqramın digər qonaqları razılaşmayıblar. Onlar arasında mübahisə başlayıb. 

Zərgərli daha sonra övladlarından danışıb. O, övladlığa götürdüyü iki oğlu haqda bunları deyib:

"Bioloji anası olmadığım oğullarım əsgərlikdədir. Onların getməmək iqtidarı var, çünki ata və anası yoxdur. Amma onları könüllü olaraq yazdırdım və hərbi xidmətə göndərdim. Yazırlar ki, müğənni övladıdır, tapşırıb. Böyük oğlumun yanına bircə dəfə Andiçmədə getmişəm. Kiçik oğluma söz vermişəm ki, ayda bir dəfə gələcəm, çünki o, balacadır. 

Onları övladlığa götürəndə dedim ki, valideyninizi tapım? Anasını tapdım və müalicə etdirdim. Amma sağ qalmadı. Atasını isə böyük istədi, kiçik yox. Axtardım tapdım, amma ikisi də peşman oldu".
 
///Axşam.az

OXŞAR XƏBƏRLƏR