Otaq istiliyində təsirini itirməyən vaksin hazırlandı – Siçanlar üzərində sınaqlar başladı
16:04 / 09.09.2021
1039
ABŞ-ın Kaliforniya əyalətindəki San Diego
Universitetinin alimləri otaq istiliyində təsirini itirməyən, istiyə davamlı
yeni növ koronavirus peyvəndi hazırlayıblar.
Sfera.az xəbər verir ki, sözügedən peyvənd bitki və
bakteriyalardan hazırlanıb. ABŞ alimləri peyvəndi soyuq tempraturda saxlamağın
gərəkli olmadığını bildiriblər.
Araşdırma nəticəsində peyvəndin siçanlarda yüksək səviyyədə
COVID-19 əleyhinə antikor istehsalına səbəb olduğu qeyd olunub.
Əzizə Zeynal
Sfera.az