Orxan Camalın qətli ilə bağlı yeni FAKT

Orxan Camalın qətli ilə bağlı yeni FAKT
 Rusiyalı jurnalistlərin qətl hadisəsinin yeganə şahidi olan sürücü ifadə verib və hadisənin başqa şahidi yoxdur.

Sfera.az oxu.az-a istinadən verir ki, bunu Rusiya Federasiyasının Mərkəzi Afrika Respublikasındakı səfiri Vladimir Titorenko deyib.

"Bütün ifadələri yalnız bir adam verir, bu şəxs jurnalistlərlə birgə olan və hadisə baş verən zaman qaçmağı bacaran sürücüdür. Sürücünun sözlərinə inansaq, silahlı şəxslər qətlə yetirilən jurnalistlərin pullarını, videokameralarını və başqa əşyalarını ələ keçirməyə çalışıblar. 

Onlar isə tələbləri yerinə yetirməkdən imtina edib və görünür, cavabında silahlılar zorakılığa əl atıb. Sürücü isə gizlənə bilib. O, jurnalistlərlə silahlı insanlar arasında mübahisənin başladığını görüb. Yəni bu, pusqudan edilən ani hücum kimi qiymətləndirilə bilməz.

Biz yerli qurumların verdiyi açıqlamalara istinad edirik. Qətli həyata keçirən şəxslər ərəb dilinin hansısa dialektində danışıblar. Sürücü hadisəni yadda saxladığı qədər təsvir edib. Bugünkü gün hadisəni görmüş və ifadə vermək iqtidarında olan yeganə şahid odur", - deyə səfir fikirlərini tamamlayıb.

 

Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, azərbaycanlı islamşünas Heydər Camalın oğludur.


OXŞAR XƏBƏRLƏR

Xalq artistinə AĞIR İTKİ - FOTO

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun qardaşı Çingiz dünyasını dəyi...

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.   Sfera.az “TASS”a istinadən xə...

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclası 19 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. 1. Azərbayca...

ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına təşkil etdiyi hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib. ...

Tanınmış tiktoker HƏBS EDİLDİ - FOTO

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirili...

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...