Oruc tutanlar bu qaydalara əməl etsinlər

Oruc tutanlar bu qaydalara əməl etsinlər

İyunun 7-si on bir ayın sultanı ramazan başlayır. Artıq bir neçə ildir ki, orucluq yay aylarına təsadüf edir. Bu il ramazan ayında təxminən 17 saat ac qalmaq lazımdır. Bu vəziyyəti imsak və iftar arasında sağlam şəkildə nizamlamaq əhəmiyyət daşıyır. Aile.lent.az türkiyəli dietoloq Tuba Örnəkin bu barədə məsləhətlərini təqdim edir.

Dietoloq qeyd edir ki, ramazan ayında təxminən 17 saat davam edən aclıq vəziyyətini idarə edə bilmək imsak və iftarda doğru və balanslı qidalanma proqramı ilə mümkün ola bilər: "Uzun müddət davam edən aclıq bədəndə maddələr mübadiləsinin sürətini yavaşladır. Qidalanma proqramındakı məqsəd çəkini sabit saxlamağa çalışmaq olmalıdır. Ramazandan əvvəl çəki vermə müddətində olan insanlar üçün də məqsəd arıqlamağa davam etmək deyil, eyni çəkini qorumağı dəstəkləməlidir".

T. Örnek oruc tutanlar üçün bəzi məsləhətlər də irəli sürüb.

- Susuzluğun qarşısını almaq üçün orucdan əvvəl və sonra təxminən 2 litr su için.

- Həddindən artıq kaloriyə səbəb ola biləcək şəkərli, kremli, qaymaqlı, qızardılmış ağır yeməklərdən, kolbasa, sosis kimi işlənmiş yağlı qidalardan, turş və şəkərli içkilərdən, susuzluğu artıran şoraba və turşulardan uzaq durun.

- İmsakda yavaş həzm edilən və gün boyu təsirini davam etdirən lifli qidalara üstünlük verin. Tərəvəz, meyvə və lifli çörəklər əhəmiyyətlidir. Eyni zamanda nahar tərzində olan, zülal ehtiva edən pendir və yumurta yeyin.

- İftarda yeməyə 2-3 dənə xurma ilə başlamaq yaxşı ideyadır. Xurma karbohidrat, lif,  kalium və maqnezium qaynağıdır. Sonra  şorba ilə yüngül bir başlanğıc edib ara verməklə və yavaş-yavaş çeynəyərək çox ədviyyatlı olmayan, qızardılmayan və az duzlu ana yeməyə keçə bilərsiniz. Yeməyinizə tam taxıllı qidalar yoldaşlıq edə bilər.

- Kofeinli içkiləri (çay, qəhvə və s.) məhdudlaşdırın. Çünki bunlar sidikqovucu təsirə malikdir. Yəni bədəndən maye itkisinə səbəb olurlar.


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...