Oruc nəyə deyilir?

Oruc nəyə deyilir?

Sabah 11 ayın sultanı Ramazan ayı başlayır. Dünyadakı bütün müsəlmanlar bu ayda niyyət edib, oruc tutur. 

 

Sfera.az bu gündən etibarən Ramazan ayı boyunca orucun fəziləti, düzgün imsak və iftar, Qədr gecəsi ilə bağlı bir çox vacib məlumatları oxucuların diqqətinə çatdıracaq, din xadimlərinin fikirlərini, diyetoloq və həkimlərin məsləhətlərini təqdim edəcək.


Oruc nəyə deyilir?

İslamın beş təməlindən biri də Ramazan ayında oruc tutmaqdır.
Oruc; niyyət edib dan yerinin ağarmağa başlamasından (sübh namazının vaxtı girdikdə) etibarən günəş batana qədər yeməmək, içməmək və cinsi münasibətdən uzaq durmaqla yerinə yetirilən bir ibadətdir.


Orucun fərz olması

Oruc, hicrətin ikinci ilində fərz olmuşdur.


Orucun müsəlmanlara fərz olduğu Bəqərə surəsindəki:

"Ey İman edənlər! Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizlərə də fərz qılındı.Ta ki, qorunasınız” ayəsi ilə bildirilmişdir. Bundan başqa 185-ci ayəsində də "sizdən kim bu aya (Ramazana) çatarsa oruc tutsun” buyurularaq oruc ibadətinin yerinə yetirilməsi əmr edilmişdir. Peyğəmbərimizin də (s.a.v.), İslamın beş təməlindən birinin də Ramazan ayında oruc tutmaq olduğunu bildirmişdir.

Birinci ayədən aydın olur ki, oruc, ilk Peyğəmbər Adəmdən (a.s.) etibarən bütün peyğəmbərlərə və onlara inananlara fərz qılınmışdır. Oruc, insanlığın ilk zamanlarından bəri yerinə yetirilməsi əmr edilmiş bir ibadətdir. Çünki ruhən, əxlaqən yetkinləşmək baxımından insanın oruca ehtiyacı olduğu kimi maddi və mənəvi baxımdan da bir çox faydaları vardır.

Mənaları açıqlanan ayələrdə orucun, müsəlmanlara fərz olduğu bildirilmişdir; xəstə, yolçu və oruc tutmağa gücü çatmayanlar üçün asanlıqlar haqqında belə buyurulmuşdur:


"(Oruc) sayılan günlərdir. Sizdən hər kim xəstə yaxud səfərdə olarsa tutmadığı günlər qədər digər günlərdə oruc tutur. (qocalıq və ya şəfa ümidi qalmamış xəstələr kimi davamlı səbəbdən) oruc tutmağa gücü çatmayanlar bir yoxsulu doyuracaq qədər fidyə verməkləri lazımdır”.

Bu ayədə, keçərli səbəbi olanların, orucu Ramazandan sonraya saxlaya biləcəkləri bildirildikdən sonra davamlı səbəbi olub, ömrü boyu oruc tutmağa gücü çatmayanlara bunun qarşılığında fidyə verməkləri əmr edilərək göstərilmişdir. Ciddi və keçərli səbəb olmadıqca bəlli şərtləri daşıyan müsəlmanların isə oruc tutaraq Allahın əmrini yerinə yetirməkləri mütləqdir.


Digər dinlərdə oruc

Orucun fərz qılındığını bildirən Bəqərə surəsinin 183-cü ayəsindəki: "Sizdən əvəlkilərə fərz qılındığı kimi, sizə də oruc fərz qılındı..” ifadəsi; orucun sadəcə biz müsəlmanlara deyil, öncəki ümmətlərə də fərz qıldığını göstərir.
Ancaq onlara fərz qılınan orucun bəzi rəvayətlər xaric neçə gün olduğu, nə zaman və necə tutulduğu haqqında bu gün heç bir biliyə sahib deyilik. Çünki əvvəlki ilahi kitabların böyük ölçüdə təhrif edildiyi və dini hökmlərin, dolayısıyla orucun da dəyişikliyə məruz qaldığı bəllidir. Bu səbəblə, oruc ibadətinin onlara fərz qılındığı, əsli pozulmamış şəkli haqqında sağlam bilik verməyimiz mümkün deyildir.

Ancaq xristian və yəhudilərin bu gün müxtəlif oruc şəkilləri bilinir.

İslam dinindəki oruca gəldikdə isə Qurani Kərim Allahdan göndərildiyi kimi əlimizdə, Peyğəmbərimizin həyatı bütün incəliklərinə qədər ortadadır. Buna görə Quran, orucu necə əmr edib, Peyğəmbərimiz necə tutubsa o tarixdən etibarən müsəlmanlar bu ibadəti eyni şəkildə yerinə yetirir. İslamın böyük xüsusiyyətlərindən biri də onun heç bir dəyişikliyə uğramayıb, bugünkü günümüzə qədər gəlməsidir. Bundan sonra da belə davam edəcəkdir.


Uca Allah, müqəddəs kitabımız Qurani Kərimin ilahi təminat altında olduğunu bildirmiş, onu qoruyacağını vəd edərək belə buyurmuşdur: "Şübhəsiz ki, Quranı biz endirdik, əlbəttə onu yenə biz qoruyacağıq.”

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...