Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq
 "Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında” qanun layihəsi hazırlanır.

Sfera.az məlumatına görə, Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü deputat Naqif Həmzəyev APA-ya bildirib ki, komitənin bu gün keçirilən iclasında bu barədə müzakirə aparılıb.

Layihədə orta məktəblərdə fiziki sağlamlığın gücləndirilməsi ilə bağlı müddəalar əksini tapacaq. Müzakirələrdə N. Həmzəyev təklif edib ki, orta məktəblərdə idman dərslərinin keçirilməsi ilə bağlı monitorinq təşkil olunsun: "Etiraf edək ki, hazırda orta məktəblərin əksəriyyətində idman dərslərinin keçirilməsinə barmaqarası baxılır. Ölkə üzrə 3000-dən çox məktəb tikilib və əsaslı təmir olunub. Hər birində yüksək standartlara cavab verən idman zalları var. Amma yuxarı sinif şagirdlərini bu zallarda görə bilmirik. Nəticə etibarilə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğini lazım olduğu qədər yerinə yetirə bilmirik. Gənclər və İdman, Təhsil nazirlikləri və digər müvafiq qurumlarla birgə komissiya yaradıb, orta məktəblərdə monitorinq aparmalıyıq. Vəziyyəti araşdıraq və qəbul edəcəyimiz qanunda buna müvafiq müddəalara yer verək”.

Təklif komitə sədri Fuad Muradov tərəfindən də dəstəklənib və müvafiq qurumlarla bu komissiyanın yaradılması üçün danışıqlar aparılmasına qərar verilib.

OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...