Orta məktəblərdə buraxılış imtahanları ləğv olunur - Gürcüstanda
Cəmiyyət
18:52 / 08.04.2019
5278
Gürcüstan parlamenti hökumətin orta məktəblərin 11 və 12-ci siniflərində buraxılış imtahanlarının ləğv edilməsi barədə təşəbbüsünü dəstəkləyib.
Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, "Ümumi təhsil barədə” qanuna dəyişikliklər rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.
Dəyişikliklərə əsasən 11 il təhsil alan şagirdlər üçün 2019-cu ildən, 12 il təhsil alan şagirdlər üçün isə 2020-ci ildən buraxılış imtahanları ləğv ediləcək.
Təşəbbüsün lehinə 80, əleyhinə isə 8 deputat səs verib.