Cəmİyyət

Orta məktəbdə qazdan zəhərlənən bütün şagirdlər evə buraxılıb

Orta məktəbdə qazdan zəhərlənən bütün şagirdlər evə buraxılıb
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 nömrəli tam orta məktəbdə gözyaşardıcı qazdan zəhərlənən bütün şagirdlər xəstəxanadan evə buraxılıb.
 
Sfera.az bildirir ki, məktəbdən Trend-ə verilən məlumata görə, şagirdlərin valideynləri ilə məktəbdə görüş keçirilib:

"Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır".

Qeyd edək ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə 8 şagird qazdan zəhərlənib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.
 
AdRiver

XƏBƏR LENTİ