Orta məktəbdə 43 nəfər dəm qazından zəhərləndi
08:21 / 15.01.2019
1775
Kanadada ibtidai məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Məlumata görə, hadisə Monreal şəhərindəki təhsil müəssisələrindən birində baş verib. Bildirilir ki, 35 məktəbli və təhsil müəssisəsinin 8 əməkdaşı dəm qazından zəhərlənib.
Yanğından mühafizə xidmətinin məlumatına görə, qazın yayılmasına səbəb orta məktəbin qızdırıcı sistemindəki nasazlıq olub. Məktəblilər və təhsil müəssisəsinin əməkdaşları xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin sabit olduğu bildirilir.
Daha əvvəl Kanadada avtobusun dayanacağa girməsi nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
Report.az