Orqanizmi xərçənglə mübarizə aparmağa öyrətməyin yolu tapıldı

Orqanizmi xərçənglə mübarizə aparmağa öyrətməyin yolu tapıldı

İsveçrənin Bazel Universitetinin alimləri müəyyən ediblər ki,  antitellərin müxtəlif fəaliyyət mexanizmləri ilə eyni vaxtda istifadə edilməsi immun sistemini xərçənglə effektiv mübarizə aparmağa öyrədə bilər.

Bu barədə "MedicalXpress” nəşrində yerləşdirilən press-relizdə deyilir.

Tədqiqatçılar heyvanlar  üzərində aparılan təcrübələrdə göstəriblər ki,  immun hüceyrələrini stimullaşdıran antitel effekti, onların "CD40” reseptorlarına təsir edərək şişlərin qan damarlarına yapışan digər antitellərlə gücləndirilə bilər.

Əvvəllər "CD40”ın antitellərinə böyük ümidlər bəslənilirdi, lakin belə bir müalicəyə xəstələrin 20 faizindən az qisminin reaksiya verdiyi məlum olub.

Alimlər müəyyən ediblər ki, "CD40”ın antitelləri yenitörəmələrin daxili hissələrində deyil, şişlərin periferik sahələrində yığılan sitotoksik T-limfositlərin (t-killerlərin) sintezinə gətirib çıxarırlar. "T-killer”lərin şiş toxumasına nüfuz etməsini yaxşılaşdırmaq üçün tədqiqatçılar dərmanı yeni qan damarlarının yaranmasına təsir edən antitellərlə birləşdiriblər. Yeni birləşmə bağırsaq, döş və dəri şişləri olan heyvanlarda xərçəng toxumalarının məhv edilməsini yaxşılaşdırıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO - YENİLƏNDİ

Azərbaycan və Çexiya xarici işlər nazirləri arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xid...

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...