Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum oldu

Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum oldu
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib

APA-nın xəbərinə görə, iclasda "a" və "b" hərfləri ilə başlayan 200-dən çox sözün orfoqrafiya lüğətindən çıxarılması müzakirə olunub. Müzakirələr zamanı ağıçıolma, ağuzlu, ağuzsuz, açıqgəzənlik, acıdilolma, ağartısızlıq, abzasdanbaşlama, adadovşanıçılıq, akklimatlaşma, adamoynatmaz, adamincitməz, biqeyrətolma, budünyalıqolma, bulkasız, butulkalı, butulkasız, bürünüksüz və s. bu qəbildən olan sözlərin orfoqrafiya lüğətindən çıxarılması təklif olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, burada əsas məqsəd yeni orfoqrafiya lüğətini süni, qondarma sözlər təmizləməkdir.

İclasda qeyd olunub ki, Orfoqrafiya Komissiyasının iclasları davam etdiriləcək.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR