Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu
14:44 / 07.12.2018
2486
Azərbaycan Respublikası prokurorluğu, sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan siyasi emiqrant, bloger Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb.
Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur.
Prokurorluğun mətbuat xidməti və blogerin özü həmin informasiya ilə bağlı hələ ki şərh verməyiblər.
Orduxan Teymurxan sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin sərt tənqidçisi kimi tanınır.
Sfera.az contact. az-a istinadən xəbər verir ki, onun haqqında rəsmi axtarış elan edilib.
Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Orduxan Teymurxan sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin sərt tənqidçisi kimi tanınır.