Ordumuz həyəcan siqnalı ilə qaldırıldı - Foto
12:45 / 20.02.2019
1863
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdirirlər.
Təlimlərdə HHM bölmələri döyüş atışları icra edəcəklər.