“Ordumuz ermənilərin illərlə formalaşdırdığı mifi dağıtdı” – EKSPERT APREL DÖYÜŞLƏRİ HAQDA

“Ordumuz ermənilərin illərlə formalaşdırdığı mifi dağıtdı” – EKSPERT APREL DÖYÜŞLƏRİ HAQDA
 

Aprel döyüşlərininin 3-cü ildönümünü yaşadığımız bu günlərdə 4 günlük müharibənin nəticələri yenidən gündəm mövzusuna çevrilib.


Sfera.azxatırladır ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu ermənilərin az qala əfsanələşdirdikləri müdafiə xəttini qısa müddətdə yararaq mühim strateji obyektləri ələ keçirmişdilər.Rəsmi məlumatlara görə, həmin günlərdə Azərbaycan tərəfindən 94 hərbçi, 6 mülki şəxs ölüb, 2 nəfər itkin düşüb, 39 hərbçi, 26 nəfər mülkü şəxs yaralanıb. Azərbaycan tərəfinin 1 Mi-24 helikopteri vurulub, 1 PUA itib, 1 tank məhv olunub.


Düşmən tərəfinin etiraf etdiyi rəqəmlərə görə isə 110 erməni hərbçi ölüb (11 qeyri-döyüşçü), 123 hərbçi yaralanıb, 9 mülki şəxs ölüb, 6-sı yaralanıb. 14 tank isə məhv olunub. Lakin qeyri rəsmi mənbələr erməni tərəfinin itkilərinin daha çox olduğunu deyir.


Hərbi ekspert Tərlan Eyvazov Sfera.az-a bildirdiyinə görə, erməni tərəfi itkilərini azaltmağa cəhdlər etsə də buna nail olmayıb. Ermənilər vaxtaşırı bu barədə çıxışlar edir və hökumətdən əsl həqiqətləri demələrini tələb edirlər. Tərlan bəy aprel döyüşlərini Azərbaycan ordusunun uğurlu əməliyyatı hesab edir:

"Aprel döyüşlərinin o dövrdə də qiymətini vermişəm. Bu Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar kimi qiymətləndirilməlidir. Ermənilərin yaratdığı mifi dağıtdıq. Deyirdilər ki, "Ohanyan” xətti çox möhkəmdi, Azərbaycan ordusu heç vaxt buna cəsarət edə bilməz. Amma hətta bir neçə günlük savaş göstərdi ki, bu sadəcə mifdi. Əslində bizim ordu yarım günlük hücumda iştirak edib. Qalan günlərdə erməni ordusunun hücumları dəf edilib. Azərbaycan ordusunun qarşısında duran vəzifə alınan yerləri saxlamaq və edilən hücumları boşa çıxartmaqdır”.


Eskpert qeyd edib ki, cəbhə xəttində erməni əhalisi demək olar ki, yaşamır: "Amma bizim tərəfdə əhali var. Mülki əhalini qorumaq üçün erməni atəş nöqtələrinin susdurulması lazım idi. Ordumuz da qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirib. Belə bir rəylər var ki, xırda bir ərazi üçün bu qədər itki vermək doğru deyil. Ancaq bütün analizlər onu göstərir ki, bu əməliyyat uğurlu olub. Hücum edən tərəfin itkiləri müdafiə olunandan çox olmalıdı məntiqlə. Ancaq ermənilərin təlafatı iki dəfə və daha çoxdur. Bu da Ermənistan cəmiyyətində böyük düşkünlük yaratdı, onlara ordunun əslində hansı səviyyədə olduğunu göstərdi, Azərbaycanın xaricdən aldığı silahların sınağı uğurla keçdi. İstər hakimiyyətin, istər ordumuzun, istərsə də xalqımızın birliyini gördük”.

 

 

Rəşad


OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...