Ordu generalından şok açıqlama : “Hədəf Ərdoğan idi”

Ordu generalından şok açıqlama : “Hədəf Ərdoğan idi”
2009—2010-cu illərdə baş nazirin müavini Bülənd Arınca sui-qəsddə ittiham olunaraq həbs edilən Türkiyə Silahlı Qüvvəllərinin Baş qərargahının sabiq rəisi İlkər Başbuğ FETÖ ilə bağlı ilginc açıqlamar verib.

İlkər Başbuğun açıqlamasını təqdim edir.

İlkər Başbuğ 19 dekabr 2009-11 fevral 2011-ci il tarixlərində "Kosmik otaq”la bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, əgər "Kosmik otaq” açılmasaydı, o zaman Əhməd Taner Kışlalı, Necib Hablemitoğlu və Uğur Mumcu sui-qəsdləri ilə bağlı məsuliyyət Türkiyə Silahlı Qüvvələrinin (TSQ) üzərinə qoyulacaqdı.

"Biz lazım olanını etdik. Bu gün də "Kosmik otağ”ın açılmasıniı istəsələr, açardım”, – Başbuğ vurğulayıb.

15 iyul 2016-cı ilə FETÖ-nun hazırladığı dövlət çevrilişi cəhdinə toxunan İlkər Başbuğ deyib ki, FETÖ-nün hüquq-mühafizə, güc strukturlarındakı, TSQ, polis, prokurorluqdakı qalıqları ilə yanaşı, siyasətdəki uzantıları da sonuna qədər təmizlənməlidir: "Bu təmizlənmə əməliyyatına hər kəs dəstək verməlidir. Bu müddətdə məsuliyyəti olan qurumlar paparlaqını qarşılarına qoyub, özlərinə bir hesabat verməlidir. 15 iyul 2016-ci ilə hadisələrindən lazımi dərs çıxarmasaq, tarix bizi bağışlamayacaq”.

Fətullah Gülənin ordudakı mövcudluğu haqqında danışan Başbuğ deyib ki, ilk dəfə 1980-ci illərdə onlar haqqında eşidib.

"Birinci dəfə Küleli Hərbi lisey və İzmir Maltəpə Hərbi liseyində Fətullah Gülən camaatına yaxın insanların olduğunu eşitdik. Bununla bərabər həmin məktəblərdə təmizləmə prosesinin həyata keçirildiyini öyrəndik”, – Başbuğ qeyd edib.

Başbuğ onu da əlavə edib ki, bir zamanlar ittiham olunduğu məsələdə "Kosmik otağı” açmaqla FETÖ oyununu açdıqlarını dilə gətirib.

O deyib ki, bunu etməsəydilər Uğur Mumcu sui-qəsdi TSQ-nın üzərində qalcaqdı: "Əslində, biz o zaman "Kosmik otağı” açmaqla FETÖ-nün oyununu pozmuş olduq”.

Həbsxana dövrünü və azad olunduğu ilk analrı xatırladan Başbuğ deyib ki, həbsxanaya gedərkən içində qəribə bir rahatlıq olub: "Həbsxana kamerasına girdikdən sonra əlimi, üzümü yuyub, pijamamı geyinib yatağa uzandım. Özümdən ixtiyarsız dərin bir yuxuya getdim. Düzdür, həbsxana həyatı çətindir. Lakin oradakı həyatım şərəfli və "igidcəsinə” keçdi”.

İlkər Başbuğ əlavə edib ki, Silivri həbsxanasından çıxarkən ona ilk zəng vuran Süleyman Dəmirəl olub.

"Onunla insanların içərisində ikən danışdım. Maşına mindikdə ozamankı baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gül zəng vurdular”.

8 fevral 2010-cu il hadisələri ilə bağlı danışan Başbuğ deyib ki, o zaman hədəf MİT rəhbərinin müşaviri deyildi, hədəf baş nazir Rəcəb Tayyib Ərdoğan idi.

"O gün Ərzurum prokuroru Osman Şanal məhkəmədən 3-cü ordu Qərargahında axtarış aparmaq barədə qərar alır. Əlində məhkəmə qərarının olduğunu əsas gətirərək, gizli məlumatları yoxlamalı idi. Ancaq biz "Yox” dedik. Çünki bu məqsədli bir hərəkət idi”, – Başbuğ bildirib.

O əlavə edib ki, oyunlar FETÖ tərəfindən qurulmuşdu.

"Plana əsasən, ələvi kəndlərini ziyarət etdiyinə görə, 3-cü ordu komandanı Saldıray Berk həbs olunmalı idi. Ancaq bunu bacarmadılar. Niyyətlərindən də vaz keçmədilər. 5-6 ay sonra general Bilgin Balanlı həbs edildi. O həbs edilən gün dedim ki, növbə mənimdir. Ancaq bunu kiməsəyə demədim. Məsələ bununla bitmədi. 2012-ci ildə MİT müşavirliyinə getdilər. Orada hədəf MİT deyildi, əsas hədəf baş nazir idi. Ona maneçilik yaradıldı. Bundan sonra FETÖ yeni bir planı işə saldı… 17-25 dekabr olayları…”, – Başbuq qeyd edib.

Onun fikrincə, Ergenekon və Balyoz hadisələri olmasaydı 15 iyul hadisələrə də olmaya bilərdi.

"Yüz faiz demək çətindir, amma olmaya bilərdi. Xüsusilə, Balyoz çöx önəmlidir. İtkilərmiz çox idi. Balyoz iddiası olmasaydı, 15 iyul olmaya bilərdi”,- o qeyd edib.

Başbuğ bildirib ki, 15 iyuladək Baş nazir Ərdoğan FETÖ ilə mübarizədə yetərli dəstək ala bilmədiyindən, bu olaylar baş verdi: "17-25 dekabrda yaşandımı, yaşandı. Ərdoğan Fətullah Gülən camaatına qarşı mübarizəyə başladı və onlara bir savaş açdı”.

O bildirib ki, 2014-2015-də prokurorılğun qərarı ilə 65 general və admiral ordudan xaric edildi.

"Bu, çox düşündürücüdür. 2014-cü ildən 2016-cı ilədək olan müddətdə Ərdoğanın Gülən təşkilatına qarşı mübarizədə ona verilən dəstək yetərli sayıla bilməz. Bu müddət ərzində Ərdoğan FETÖ-ya qarşı mübarizədə tək oldu”. Avropa.info


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...