“Orada oturmağı gürcülər təklif etdi” - VİDEO

“Orada oturmağı gürcülər təklif etdi” - VİDEO

Dünən Tbilisidə kütləvi aksiyalara səbəb olan Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Moskvaya qayıdıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə 53 yaşlı millət vəkili "Kommersant” nəşrinə açıqlamasında məlumat verib.

O, bildirib ki, gürcü parlamenti iki ildir ondan Gürcüstanda 25 ölkəni birləşdirən Parlamentlərarası Pravoslavlıq Assambleyasını keçirməyi təklif və xahiş edib.

"Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməyi mənə həmin ölkənin özü təklif etdi və mən də orada oturdum. Protokola uyğun olaraq bu fəxri yer katiblər üçün yox, məhz Baş Assambleyanın sədri üçün təyin edilir. Baş Assambleyanı isə sadəcə Parlamentlərarası Pravoslavlıq Assambleyasının prezidenti, yəni mən idarə etməliyəm. Qeyd etmək istəyirəm: Yunanıstan, Livan və digər ölkələrin parlamentində bu cür fəxri kürsülərdə əyləşmişəm, heç bir problem olmayıb. Əlbəttə, adi bir stulda da oturmağa razıyam. Doğrusu, mən təvazökar bir insanam və fərqlənmə arzusunda deyiləm. Ev sahibi mənə haranı göstərirsə, orada da əyləşirəm”, - deyə Qavrilov söyləyib. 

O, iclasın sakit şəkildə başladığını, lakin daha sonra fasilə zamanı ekstremistlərin zala daxil olaraq sənədləri məhv etdiklərini sözlərinə əlavə edib.

Deputat həmçinin vurğulayıb ki, bəzi KİV-lərdə onun Abxaziyada gedən döyüşlərdə iştirak etdiyinə dair yayılmış məlumat əsassızdır.
 




OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...