Oqtay Şirəliyev Şirvana gedib

Oqtay Şirəliyev Şirvana gedib

 

Şirvan rayonunda baş vermiş hadisədə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Mərkəzi Rayon Xəstəxanasına gəlib.

 

Səhiyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Şirvan Mərkəzi Rayon Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs daxil olub.

 

Xəsarət alanlara zəruri tibbi yardım göstərilir. Məlumata görə, onlardan 14 nəfər ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Bu şəxslərdən 3 nəfər orta ağır vəziyyətdədir, 7 nəfərin vəziyyəti isə yüngüldür.

 


OXŞAR XƏBƏRLƏR