Gündəm

Oqtay Güləliyevin səhhəti pisləşdi

Oqtay Güləliyevin səhhəti pisləşdi
 

Piyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib.

Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əziyi diaqnozu qoyulub və dünən ailənin istəyi ilə özəl klinikalardan birinə köçürülüb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930