Oqtay Gülalıyev Türkiyədə xəstəxanaya yerləşdirildi – VİDEO
10:46 / 07.11.2019
1795
Hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda xəstəxanaya yerləşdirilib.
Sfera.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb. Oğlunun sözlərinə görə, atasının köçürülməsi zamanı heç bir problem olmayıb. İlkin müayinədən sonra ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Oqtay Güləliyev Türkiyəyə AZAL-ın xüsusi ambulans təyyarəsində aparılıb.