Oqtay Əsədovun yerinə sədr kim olacaq? – Milli Məclisin rəhbərliyi yenilənir

Oqtay Əsədovun yerinə sədr kim olacaq? – Milli Məclisin rəhbərliyi yenilənir

Mərkəzi Seçki Komissiyası saxtakarlığa yol verilmiş məntəqələrin nəticələrini ləğv etsə də, bunun ümumi prosesə təsir göstərməyəcəyi heç kimə sirr deyil.

Sfera.az xəbər verir ki, Seçki Məcəlləsinə uyğun olaraq, MSK-nın bu həftənin sonuna kimi yekun protokolları təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərməsi gözlənilir. Siyasi analitiklər ən gec aprel ayının əvvəllərində Milli Məclisin yeni tərkibdə ilk iclasının keçiriləcəyini proqnozlaşdırırlar.

Hazırda siyasi kluarlarda yeni spikerin kimliyilə bağlı məsələ ciddi müzakirə mövzusu olaraq qalır. Keçmiş spiker Oqtay Əsədovun yenidən öz postuna qayıtması inandırıcı görünmür. Əsədovla bağlı bir müddət əvvəl Rusiya mətbuatında yayılan xəbərlər onun şansını minimuma endirib. Sabiq spikerin səhhətində yaranmış problemlər bu versiyanı bir qədər də qüvvətləndirir. Təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə bir dəfə də olsun canlı təmasa meyl göstərməyən Əsədovun siyasi karyerasını deputat mandatı ilə başa vuracağı ehtimal olunur.

Bəs, yeni spiker kim olacaq? Hakimiyyətin yüksək ranqlı fiqurlarından sayılan Oqtay Əsədovu növbəti beşillikdə kim əvəzləyəcək? Müşahidəçilər bu posta real namizədlər sırasında sabiq vitse-spiker Ziyafət Əsgərovun adını daha çox hallandırırlar. Milli Məclisdə çoxillik staja malik olan Əsgərovun "mətbəxinə" yaxşı bələd olduğu qanunverici orqanın başına keçəcəyi istisna olunmur. Hüquq professorunun bu posta yiyələnməsi üçün ciddi maneənin olmadığı bildirilir.

Analitiklər isə hesab edirlər ki, Ziyafət Əsgərovun regional mənsubiyyəti onun şansını yarıya endirir. Onların qənaətinə görə, 1963-cü ildə Naxçıvanda doğulan Əsgərovun bu vəzifəyə seçilməsi hakimiyyətdəki qüvvələr nisbətini dəyişə bilər. Baş nazirin əslən Naxçıvandan olması bu ehtimalı daha da qüvvətləndirir. Odur ki, parlament sədrinin də eyni regiondan olması inandırıcı görünmür.

Spiker postuna iddialılar sırasında akademik Əhliman Əmiraslanovun da adı hallanır. Hətta bəzi müşahidəçilər Əmiraslanovun ölkənin dördüncü adamı olacağına real yanaşırlar. Onların fikrincə, regional mənsubiyyəti Əhliman Əmiraslanovun şansını xeyli artırır. Oqtay Əsədovun da, mərhum Murtuz Ələsgərovun da əslən Qərbi Azərbaycandan olduğunu önə sürən analitiklər bu postun sözügedən bölgədən olan şəxslərin "boyuna biçildiyini" iddia edirlər. Əhliman Əmiraslanovu Milli Məclisin sədri seçdirməklə hakimiyyətin qüvvələr nisbətini qoruyacağı ən çox səslənən versiyalar sırasındadır.

Hakimiyyətin gəncləşmə siyasətinə sadiq qalaraq, spiker postunu müsbət reputasiyaya malik olan gənc deputatlardan birinə həvalə edəcəyi də istisna olunmur... (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...