Oqtay Əsədovun komitə və sədrlərlə bağlı - Qərarı

Oqtay Əsədovun komitə və sədrlərlə bağlı -  Qərarı

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında qərar verib.

Sfera.az-ın məlumatına görə, qərarda deyilir:

“1. Təhlükəsizlik və müdafiə məsələləri komitəsi “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”, İqtisadi siyasət komitəsi “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”, Sosial siyasət komitəsi “Əmək və sosial siyasət komitəsi” adlandırılsın.

2. Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı yeni komitələri yaradılsın:

Səhiyyə komitəsi;

Ailə, qadın və uşaq məsələləri komitəsi;

İctimai birliklər və dini qurumlar komitəsi;

Gənclər və idman komitəsi.

3. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilməsi barədə qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin”.

 ***

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədrləri seçilsinlər:

Əli Məhəmməd oğlu Hüseynli - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Ziyafət Abbas oğlu Əsgərov- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;

Ziyad Əliabbas oğlu Səmədzadə- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;

Valeh Feyruz oğlu Ələsgərov-Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

Eldar Rza oğlu İbrahimov - Aqrar siyasət komitəsi;

Hadi Musa oğlu Rəcəbli - Əmək və sosial siyasət komitəsi;

Arif Qafar oğlu Rəhimzadə Regional məsələlər komitəsi;

İsa Əkbər oğlu Həbibbəyli - Elm və təhsil komitəsi;

Rafael Baba oğlu Hüseynov - Mədəniyyət komitəsi;

Bahar Əvəz qızı Muradova - İnsan hüquqları komitəsi;

Səməd İsmayıl oğlu Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi;

Əhliman Tapdıq oğlu Əmiraslanov - Səhiyyə komitəsi;

Aqiyə Həbib qızı Naxçıvanlı - Ailə, qadın və uşaq məsələləri komitəsi;

Siyavuş Dünyamalı oğlu - Novruzov İctimai birliklər və dini qurumlar komitəsi;

Fuad Rauf oğlu Muradov - Gənclər və idman komitəsi.


OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...