Oqtay Əsədov: \"Azərbaycanda çoxlu sayda insanın əfv edilməsi gözlənilir\"

Oqtay Əsədov: \
"Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən çox insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, bu, humanist addımdır:
 
"1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyev siyasətinin əsasını təşkil edir".

Milli Məclsisin sədri Oqtay Əsədov isə qeyd edib ki, yaxın günlərdə Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq:

"Bu yaxınlarda Azərbaycanda çoxlu sayda insanın əfv edilməsi gözlənilir. Doğrudur, bu cənab prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu əfv sərəncamı imzalanacaq".
 
 
Aydan Lətifova

OXŞAR XƏBƏRLƏR