Oqtay Əsədov Almaniyanı Minsk qrupunun üzvü kimi münaqişənin çözümünə töhfə verməyə çağırıb

Oqtay Əsədov Almaniyanı Minsk qrupunun üzvü kimi münaqişənin çözümünə töhfə verməyə çağırıb
 

Milli Məclisin Sədri Oqtay Əsədov sentyabrın 9-da Almaniya Bundesratının birinci vitse-prezidenti, Berlin şəhərinin meri Mixael Müller, Almaniya Bundestaqının prezidenti Volfqanq Şoyble, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Yohannes Kars və qrupun digər üzvləri ilə görüşlər keçirib.

Milli Məclisin mətbuat xidmətindən Sfera.az-a  verilən məlumata görə, görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də parlamentlərarası əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

İki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə münasibətlərin dinamik inkişaf etməsi, Azərbaycan və Almaniya arasında baş tutan yüksək səviyyəli səfərlər, hər iki ölkənin parlamentində fəaliyyət göstərən  dostluq qruplarının ikitərəfli münasibətlərə verdiyi töhfələr, Milli Məclis və Bundestaq deputatları arasında beynəlxalq təşkilatlar səviyyəsində mövcud olan konstruktiv əməkdaşlıq xüsusilə vurğulanıb.

 

Milli Məclisin Sədri Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinə töhfələri, regionda həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələrindən danışıb. Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, ölkəmizin çətin geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütməsi, eləcə də Ermənistanın hərbi təcavüzünün nəticələri barədə məlumat verib.

Oqtay Əsədov Almaniya Bundestaqının Azərbaycanın ərazi bütövlüyünə dəstək verən qətnamə qəbul etməsini məmnunluqla xatırlayaraq, Almaniyanı Minsk qrupunun üzvü kimi münaqişənin həllinə fəal töhfə verməyə çağırıb. O, Bundestaqın prezidenti Volfqanq Şoyble və Bundesratın birinci vitse-prezidenti Mixael Mülleri Azərbaycana səfərə dəvət edib.

Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın mühüm iqtisadi tərəfdaşı adlandırıblar və ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə ediblər. Azərbaycanın regionda sabitləşdirici faktor olması, Avropa ölkələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasına yönələn xarici siyasət yürütməsi, xüsusilə Almaniya ilə münasibətlərin dərinləşməsinə mühüm önəm verməsi vurğulanıb.  Azərbaycanın Almaniyanın müxtəlif bölgələri ilə əlaqələrin qurulmasına və cəmiyyətin müxtəlif sahələrində birbaşa təmasların və tərəfdaşlıqların meydana gəlməsinə maraq göstərməsi, ölkəmizdə alman irsinin dövlət səviyyəsində qorunması və alman dilinin tədrisinin geniş vüsət alması Almaniya tərəfdən məmnunluqla qarşılanıb. Alman parlamentariləri eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

Bundesratda keçirilmiş görüşdə Bakı və Berlin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə edilib. Paytaxt şəhərləri arasında turizm, təhsil, vətəndaş cəmiyyəti əlaqələrinin möhkəmləndirilməsinə hər iki tərəfin marağı ifadə olunub. Mixael Müller bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib.

Milli Məclisin Sədri səfər çərçivəsində Bundestaqın plenar iclaslarının keçirildiyi tarixi Reyxstaq binası ilə də tanış olub. O, eləcə də Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayevi qəbul edib.

Səfərdə Oqtay Əsədovu Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputat  Azay Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər müşayiət ediblər.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...