OPEK-dən mühüm qərar: Anlaşma uzadılıb

OPEK-dən mühüm qərar: Anlaşma uzadılıb

OPEK və kartelə üzv olmayan neft ölkələri bu gün Vyanada işini tamamlayan növbəti sammitdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanı daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

İclas hələ bitməsə də, adını çəkilməsini istəməyən iclas iştirakçılarından biri bu barədə açıqlama verib. Qeyd edək ki, ilin əvvəlindən qüvvədə olan hazırkı anlaşmanın müddəti iyunun 30-da bitir.

Bu açıqlama neft bazarında mənfi qarşılanıb. Hazırda "Brent" markalı neftin qiyməti dünənə nisbətən 1,3% azalaraq 53,25 dollar/barrelə düşüb. Qeyd edək ki, neft bazarı iştirakçıları hasilatın azaldılması kvotasının artırılmasını gözləsə də, iclasda bu məsələ müzakirə olunmayıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə isə 781,1 min barrel olub. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasını...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...