OPEC+ razılaşdı, amma neft bahalaşmadı – SON DURUM

OPEC+ razılaşdı, amma neft bahalaşmadı – SON DURUM

Aprelin 9-da Vyanada Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onun tərəfdaşları gündəlik neft hasilatının azaldılması ilə bağlı razılığa gəlsələr də neft bahalaşmaq əvəzinə bir qədər də ucuzlaşdı. OPEC+ adlanan əməkdaşlıq forumuna daxil olan ölkələr gündəlik hasilatın may-iyun dövründə 10 milyon barel azaldılmasını məqbul hesab ediblər. İyuldan başlayaraq ilin sonuna qədər hasilatın daha 8 milyon azalmadılması təklifi ilə də razılaşıblar. Əməkdaşlıq forumunun aparıcı üzvləri Səudiyyə Ərəbistanı və Rusiyadır. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 4 milyon barel, Rusiya 2 milyon barel azaltmağa razı olublar. Daha 4 milyon barel azalmanı isə OPEC+ formatının digər tərəfləri təmin edəcək.


Sfera.az xatırladır ki, OPEC+ formatının yarandığı son 2 ildə neft hasilatının 10 milyon barel kimi böyük həcmdə azaldılması təcrübəsi olmayıb. İndiyə qədər gündəlik hasilatın ən çox 1,5 milyon barel azaldılıb və bu razılaşmalar bazarda qiymətlərə ciddi təsir göstərib. Bu dəfə hasilatın 10 milyon barel azaldılmasına baxmayaraq, beynəlxalq birjalarda neft qiymətlərində artım müşahidə edilmədi.

 

Bunun səbəbi bazarın hasilatın azalması ilə bağlı siyasi razılaşmanın olduğunu bildiyin andan neft qiymətlərini müəyyənləşdirmişdi. "Brent” markalı neftin qiyməti 25 dollardan 33-34 dollara qədər artdı. Birja analitiklərinin şərhlərinə görə, OPEC+ görüşündən 2-3 gün öncə baş verən bahalaşma gözlənilən razılaşmanın qiymətidir. Yəni, bazar hasilatın azaldılması razılaşmasının nəticəsini artıq qiymətləndirib və aprelin 9-da qəbul edilən qərar sadəcə qiymətləndirmənin təsdiqidir.

 

Bəs, hasilatın 10 milyon barel azaldılması neft qiymətlərini niyə daha çox artırmadı?

 

Bunun yeganə səbəbi azalmadan sonra da dünyada təklifin tələbdən xeyli çox olmasıdır. Dünyada koronavirus pandemiyası yaranana qədər gündəlik neft istehsalı 101-102 milyon barel, neft istehlakı isə 100-101 milyon barel idi. Koronavirusla əlaqədar karantin tədbirlərinin gücləndirilməsi avtomobil və digər nəqliyyat vasitələrinin yanacağa olan tələbatını azaltdı. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, hər gün alınan neftin 80 faizi avtomobil və digər nəqliyyat vasitələrində istifadə olunan yanacağın istehsalı üçün işlədilir. Karantin tədbirləri insanların hərəkətinə çoxsaylı qadağalar gətirdiyindən nəqliyyat vasitələrindən istifadə səviyyəsi xeyli azalıb. Bu hal öz növbəsində neft alışını da kəskin azaldıb. Agentlik bildirir ki, son günlərdə dünyada neft istehsalı 96-97 milyon barelə qədər azalıb. Amma neft istehlakındakı azalma daha böyükdür. Son məlumatlara görə azalma 35 milyon barelə çatır. İndi gündəlik neft istehsalı istehlakından təxminən 30-32 milyon barel çoxdur. OPEC+ ölkələri hasilatın daha 10 milyon barel azaldılması haqqında razılaşma əldə etdiklərindən fərq 20-22 milyon barelə enəcək. Lakin bu fərq də olduqca böyükdür və belə bir fərq qaldıqca nəinki neftin bahalaşmasını, hətta qiymətlərin sabitləşməsini təmin etmək mümkün deyil.

 

Beynəlxalq Enerji Agentliyi bildirir ki, neft qiymətləri hətta indiki səviyyədə qalarsa, gündəlik istehsal tədricən azalacaq. Çünki bu qiymətlər dünyada neft istehsal edən ölkələrin böyük əksəriyyətinə sərf etmir. Hazırda dünyada ən çox neft istehsal edən ABŞ-da gündəlik hasilat 0,5 milyon barel azalıb və proqnozlara əsasən, ilin sonuna doğru daha 0,7 milyon barel azalacaq. Eyni hal digər ölkələrdə də müşahidə edilir. Ekspertlərin fikrincə, indiki hasilat həcmləri ona görə reallaşır ki, investorlar neft qiymətlərinin 55-60 dollar olduğu dövrdə böyük məbləğdə sərmayə qoyub. Neft qiymətləri 30-35 dollarda qaldıqca sərmayədarlar iri həcmdə təkrar investisiya qoymaqdan imtina edəcək. Buna görə də hətta razılaşma olmasa belə, gündəlik neft hasilatının azalması müşahidə olunacaq.

 

Amma hasilatla istehlak səviyyəsinin təbii inkişafla uyğunlaşması üçün çox vaxt lazımdır. Buna görə də OPEC+ hasilatla istehlak səviyyəsinin daha qısa müddətdə yaxınlaşdırılması haqqında siyasi razılaşma əldə edib. Razılaşma əlverişli olsa da hasilatın daha çox azaldılması vacibdir. Bazar iştirakçıları bildirir ki, neft hasilatı ümumilikdə 20 milyon barel azaldılmasa, neft qiymətləri enməkdə davam edəcək. Məhz buna görə də OPEC+ razılaşsa da neft qiymətləri yüksəlmədi, əksinə bir qədər də azaldı.

 

Görünən budur ki, mövcud vəziyyət hələ də neftin bahalaşmasına imkan vermir. Neft istehsalçıları isə hasilatı birdən-birə 35 milyon barel azaltmağı bacarmırlar. Buna görə də gəliri neft pullarından asılı olan ölkələr, o cümlədən Azərbaycan hasilatın azaldılması qərarına sevinməklə bərabər sərt karantin tədbirlərinin yumşalmasını gözləməlidir. Əks halda neft qiymətlərində 40 və ya 50 dollarları görmək mümkün olmayacaq. Karantin nə qədər tez aradan qalxarsa, həmin ölkələr üçün iqtisadi vəziyyət bir o qədər tez yaxşılaşacaq.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...