“Onu eşşək kimi döydüyümü hər kəs bilir” – Mübariz Mənsimov

“Onu eşşək kimi döydüyümü hər kəs bilir” – Mübariz Mənsimov
 

Bu gün Virtualaz.org saytında "Mənsimov, həmin mafioz Termencyanın ortağı yenə Azərbaycana hücum edir” başlıqlı yazı dərc edilib.

Sfera.az xəbər verir ki, yazıda Palmali şirkətinin prezidenti Mübariz Mənsimov haqqında sərt ittihmlar yer alıb. Yazı müəllifi iddia edib ki, M. Mənsimov Azərbaycan hakimiyyətinə və SOCAR-a qarşı hücumlar edir. "Mənsimov sosial şəbəkələrdən etdiyi paylaşımlarda bu dəfə də Azərbaycan hakimiyyətini dolayısıyla korrupsiyada, insanların sosial problemlərinə biganə qalmaqda qınayıb, ermənilərlə müqayisə aparıb və pafoslu vətənpərvərlik səsləndirib”.

Yazıda qeyd edilir ki, bir vaxtlar Mənsimov aktivlərinin əlindən çıxmasına görə SOCAR-ı beynəlxalq məhkəmə ilə hədələyirdi, amma sonradan bundan vaz keçməli oldu. Əvəzində sosial şəbəkələr üzərindən "müxalifətçiliyə” başladı: "Və oliqarxın bu "müxalifətçilik” fəaliyyətində tez-tez istifadə etdiyi tezislərdən biri patriotizm və erməni məsələsidir. Hansı ki, onun ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələrindən biri, mafioz Levon Termencyanla ortaqlığı barədə faktlar, sənədlər ötən il üzə çıxmışdı.

Sərkisyan məhkəmədə demişdi ki, Termenciyanın "şübhəli və gizli biznes praktikası” onu şirkətdən uzaqlaşmağa məcbur edib.

Reyestr məlumatlarına əsasən isə ABŞ-ın ermənilərin sıx yaşadığı Kaliforniya ştatında qeydiyyatdan keçmiş "Palmali USA” LLC şirkətinin səlahiyyətli şəxsi qismində Levon Termencyanın oğlu Corc Termencyan göstərilir. Bu şirkət 2016-cı il oktyabrın 27-də qeydiyyatdan keçib və Mənsimovun borclarını refinans etməklə məşğuldur.

Levon Termenciyanla Mənsimov arasında münasibətlər Türkiyədə çoxdan bəllidir”. 

"Yeni Sabah” xəbər verir ki, yayılan yazıya M. Mənsimov sərt reaksiya verib. Bu haqda açıqlama yayan iş adamı "Socar”la bağlı fikirləri bəzi insanların xoşuna gəlməyib: "Təbii doğrunu demək hər zaman göz cıxarıb. Bu hələ harasıdır?! Deyə biləcək və göstərə biləcək sənədli sübutlu o qədər faktlarım var ki... Onları açıb ortaya qoysam, gərək o insanlar başqa ölkəyə qaçsınlar, ya da həbs olunsunlar”. 

M. Mənsimov qeyd edib ki, Azərbaycanda olan bəzi məmurlar hələ də anlamırlar ki, hələ onlarla məşğul olmağa başlamayıb: "Əgər mən sizə cavab verməyə başlasam, öncə arxasına sığındığınız dövlət sizdən hesabat tələb edəcək. Bunun da zamanı gələcək. 

Birincisi, məni müxalifətçi adlandiranlara üz tutub soruşuram: Doğrunu demək, birliyə, əl tutmağa cağırmaq  nə zamandan müxalifət olmaq olub? Nə vaxtdan "Socar"a söz deyəndə dövlətə qarşı çıxmış olursan?! Qazın limitlə xalqa, erməni kilsələrinə pulsuz verilməsini mən demirəm.  Bir-birimizə necə nifrət və paxıllıq etdiyimizi də deməyə ehtiyac yoxdu. Bu bariz ortada.

Təbii, sizin üçün şərəfini pula satan köpəklər üçün bulağın suyunun quruması faciədir. Nəsə yazmalısız, yazın. Amma belə absurd yazılar deyil. Bir zamanlar Rövnəq Abdullayevin qohumu Anar Əliyev və ya daha bir neçə bəyəfəndi mənə belə bir şey demişdi. Bir jurnalist var, gördüm məndən yazmağa başladı, köpək kimi ağzına pul atdım hürməyi dayandı. Sizdən deyirdi...

Beyinsızlər, deyim bir daha bilin ki, mənim heç erməni ortağım olmayıb, olmayacaq da. Mən  bir erməni piçi ilə bir masaya oturmadım. Qaldı adını yazdığınız o erməniyə, bəli rastlaşmışıq. Onu eşşək kimi döydüyümü Türkiyədə hər kəs bilir. Necə ki, ermənilərin 1 nömrəli düşmənləri olduğumu. 

"Socar”a gəldikdə, kimin kimə ziyan vurduğunu və kimin kimdən oğurluq etdiyini İngiltərə məhkəməsi müəyyən edəcək. Palmali Socarı külli miqdarda ziyan vurduğuna görə məhkəməyə verib. Ey ucuz adamlar! 

Bir daha bəyan edirəm Siz nə yazsanız da, nə etsəniz də, hansı dona və rəngə girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər. Kimə ağıl verirsiniz?! Geri zekalılar ?! Bir daha deyirəm, ucuz satdığınız qələmlərinizlə iş adamları ilə dövləti üz-üzə qoymayın”. 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...