Cəmİyyət

Onlayn mediaya maliyyə ayrılmasına deputatlardan dəstək gəldi

Onlayn mediaya maliyyə ayrılmasına deputatlardan dəstək gəldi
"Onlayn mediaya maliyyənin ayrılması bu sahə üzrə peşəkarlığın artmasına mühüm töhvə verəcək”.
 
Sfera.az-a açıqlamasında bu sözləri gələn ilin dövlət büdcəsində çap media ilə yanaşı, onlayn mediaya da maliyyənin ayrılması təklifinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib:
 
"Onlayn mediaya maliyyənin ayrılması mümkündür və lazımdır. Əslində edilməsi də vacibdir. Çünki hazırda real olaraq çap mediadan daha çox onlayn media aktualdır. Bu mənada onlayn medianın inkişafı, peşəkarlığının artmasının da hər halda cəmiyyətimizə faydası olacaq. Ona görə də həmin istiqamətdə olan təşəbbüslər, bu sahənin inkişafına dəstək üçün müəyyən maliyyənin ayrılması təbiidir. Bu sahəyə ayrılan maliyyə onlayn medianın peşəkarlığının artmasına böyük təsir göstərəcək”.
 
Digər millət vəkili Aqil Abbas da sayta açıqlamasında məsələyə müsbət yanaşdığını diqqətə çatdırdı:
 
"Olsa yaxşı olar, niyə də olmasın ki? Onlayn media da jurnalistikanın bir qoludur. Bu mənada dövlətin onlara da dəstək verməsi vacibdir. Bunun baş verməsi fonunda düşünürəm ki, onlayn mediada çalışanlar öz işlərində daha operativ olacaqlar. Ona görə də onlayn mediaya 1 milyon manat ayrılması təklifini alqışlayıram. Düşünürəm ki, sözügedən təklif dəstək alaraq gələn ilin dövlət büdcəsində reallaşacaq”.
 
Qeyd edək ki, bu günlərdə Milli Məclisdə çıxışında deputat Əflatun Amaşov gələn ilin dövlət büdcəsi layihəsində onlayn mediaya 1 milyon manat vəsaitin ayrılması vacibliyi təklifilə çıxış edib. Xatırladaq ki, son illər dövlət büdcəsindən mətbuatın inkişafı istiqaməti üçün də müəyyən vəsaitlər ayrılır. Lakin bu fonda hələ də onlayn media kənarda qalıb. Halbuki, müasir dövrdə onlayn media məlumatların operativ çatdırılması və cəlbedici olması baxımından cəmiyyətin diqqətini çap media ilə müqayisədə daha çox cəlb edir. Bu mənada da onlayn medianın inkişafına diqqətin artırılması vacibdir.
 
ELÇİN
Sfera.az
















Konuşma Sonu







Bir mesaj yaz...










 
AdRiver

XƏBƏR LENTİ