Onlayn İctimai Nəzarət Platformasının təqdimatı keçirildi

Onlayn İctimai Nəzarət Platformasının təqdimatı keçirildi
Bu gün Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatı keçirilib.

Sfera.az xəbər verir ki, bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar WhatsUp (055 4502013) və ya sayt vasitəsi ilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.

Mətbuat konfransında çıxış edən Açıq Hökümət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat verdi. Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd edib.

Tədbirdə salamlama sözü ilə çıxış edən USAID-in ölkə üzrə missiya direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulamış, Azərbaycanda həyata keçirilən islahatlara USAID tərəfindən daimə dəstək verdildiyini qeyd edib. Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni uğuru Azərbaycanda da görmək istədiyini bildirib.

Layihənin icraçısı olan "MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib.

Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.

Tədbirin sonunda ECSOFT layihəsi çərçivəsində keçirilmiş "Korrupsiya ilə mübarizə” mövzusunda poster və video çarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...