Cəmİyyət

Onların orta aylıq maaşı 690 manat oldu

Onların orta aylıq maaşı 690 manat oldu
2018-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76,0 faizi 4-7-ci təsnifatları üzrə və 19,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, dövlət qulluqçularının 6,9 faizi 1 ilə qədər, 26,1 faizi 1 ildən 5 ilə qədər, 22,2 faizi 5 ildən 10 ilə qədər, 17,3 faizi 10 ildən 15 ilə qədər, 27,5 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5 faiz, 30-34 yaşda 15,7 faiz, 35-44 yaşda 23,0 faiz, 45-54 yaşda 21,9 faiz, 55-62 yaşda 18,3 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil edib.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031