Onlar ölkəmizə 3,6 milyard bonus ödəyəcək -İlham Əliyv

Onlar ölkəmizə 3,6 milyard bonus ödəyəcək -İlham Əliyv

"Azəri”, "Çıraq”, "Günəşli” neft yataqlarının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq saziş Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də bizim maraqlarımızı tam təmin edirdi, bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanır.

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə deyib. Prezident imzalanacaq müqavilənin bir neçə parametrini diqqətzə çatdırıb:

"Saziş imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzACG” şirkəti podratçı kimi sazişin icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR