"Onda siz də sual verdiyinizə görə cavabdeh olacaqsınız?" - ATV-dən direktorun ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib. Onun ölümündə isə ATV telekanalının "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılov ittiham olunur.

Sfera.az xəbər verir ki, modern.az-a açıqlama verən ATV rəsmisi ittihamları absurd adlandıraraq, məsələni belə şərh edib:

"Öncəliklə həmin şəxsə Allahdan rəhmət diləyirəm. Sonrasında qeyd edim ki, ATV-də gün ərzində 50-60 nəfərdən müsahibə götürülür. ATV onların hamısının səhhətinə görə cavabdeh deyil. İkincisi də, həmin çəkiliş 20-25 gün bundan əvvəl reallaşıb".

Şirkət rəsmisi əlavə edib: "Siz də bizə bu sual ünvanlayırsınız. Sabah mənə bir şey olsa, siz cavabdeh olacaqsınız? Onda deyəcəklər ki, sonuncu dəfə modern.az açıqlama almışdı. Ona görə ürəyi pis oldu öldü. Axı bu, absurd fikirdir. 1 saat sonra başımıza nə gələcəyini bilmirik. Bizi 25 gün sonra dünyasını dəyişən insana görə ittiham etmək hansı çərçivəyə sığır?"

"Yoxlama" verilişinin aparıcı Azər İsmayılov bir müddət əvvəl Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb.

İddialara görə çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor artıq dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.

----------

15:17

ATV telekanalında yayımlanan "Yoxlama" verilişi 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olub.

Sfera.az  baku.ws-ə istinadən xəbər verir ki, "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb. Çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.
 
Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.

Məktəbdən istipress-ə verilən məlumata görə, direktorun vəziyyəti ötən gün qəfildən pisləşib və onun təzyiqi qalxıb. T.Qardaşovu xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb. 
 


OXŞAR XƏBƏRLƏR